Fransada yeni hökumət quruldu
Dünya
Dekabrın 13-də Fransanın baş naziri təyin edilən Fransua Bayru yeni hökumətini rəsmən formalaşdırıb.
News24.az xəbər verir ki, Yelisey Sarayının baş katibi Aleksis Kohler sağ mərkəzçi Demokratik Hərəkat (MoDem) Partiyasının lideri Bayrunun 10 gün davam edən gərgin danışıqlardan sonra kabinetini formalaşdırdığını açıqlayıb.
Fransua Bayrunun yeni kabinetində keçmiş baş nazir Elizabet Born təhsil naziri təyin edilib. Keçmiş baş nazir Manuel Valls da yeni hökumətdə nazir vəzifəsi alıb.
Erik Lombard maliyyə naziri təyin edilsə də, keçmiş daxili işlər naziri Cerald Darmanin ədliyyə naziri vəzifəsini icra edəcək.
Nazirlər Kabinetində Ketrin Votrin səhiyyə naziri, Loran Marcangeli dövlət xidməti naziri, Enni Cenevard kənd təsərrüfatı naziri, Mari Barsak idman və gənclər naziri, Fransua Rebsamen ətraf mühit naziri vəzifəsinə təyin edilib.
Aynurə