Fransadan Trampın tariflərinə qarşı “birgə cavab” çağırışı
Dünya
Fransa ABŞ Prezidenti Donald Trampın qlobal tarifləri artırmaq qərarından sonra Avropa İttifaqını birgə addım atmağa çağırıb.
News24.az-ın məlumatına görə, Fransanın ticarət naziri Nikolas Forissier bildirib ki, Paris məsələ ilə bağlı həm Aİ, həm də Avropa Komissiyası ilə danışıqlar aparır. Onun sözlərinə görə, Aİ-nin ABŞ-nin son tarif qərarına cavab vermək üçün kifayət qədər aləti var.
Fransa tərəfi Avropanın vahid və koordinasiyalı mövqe nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb.