Fridrix Merts İsrailə səfər etdi
Dünya
Almaniya Kansleri Merts ilk dəfə İsrailə rəsmi səfər edib.
News24.az xəbər verir ki, hava limanında fəxri qonağı İsrailin xarici işlər naziri Gideon Saar qarşılayıb.
"Mertsi İsrailə kansler qismində ilk səfəri zamanı salamlamaqdan məmnun oldum. İki ölkə arasındakı əlaqələr pozitiv istiqamətdə inkişaf edir", – deyə Saarın ofisinin yaydığı açıqlamada bildirilir.
İsraildən sonra Kanslerin İordaniyaya səfəri planlaşdırılıb.