"Friends"-in aktyorunun ölümündə - SON VƏZİYYƏT
Dünya
"Friends" serialındakı "Chandler Bing" obrazı ilə tanınan amerikalı aktyor Metyu Perrinin ketaminlə bağlı ölümündə "aktyorun aludəçiliyindən sui-istifadə etmələri" səbəbi ilə cinayət işi açılıb.
News24.az xəbər verir ki, prokuror Martin Estrada, Perrinin ölümündə əli olan 2 həkim və şəxsi köməkçisi olmaqla, ümumilikdə 5 nəfərə qarşı hazırlanan ittihamnaməni açıqlayıb.
Həkimlərin Perriyə yüksək dozada ketamin verdiyini ifadə edən Estrada, mesajlarında məşhur aktyorun bu dərmanı almaq üçün "nə qədər ödəməyə razı olacağını müzakirə etdiyini" söyləyib.
Prokuror biri həkim olmaqla iki nəfərin saxlanıldığını və Perrinin şəxsi köməkçisi də daxil olmaqla iki müttəhimin ittihamları qəbul etdiyini bildirib.
Xatırladaq ki, “Friends” serialındakı “Çandler Binq” obrazı ilə tanınan 54 yaşlı amerikalı aktyor Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib.
Daha əvvəl Emmi mükafatına namizəd olan aktyor 2022-ci ildə işıq üzü görəcək tərcümeyi-halında "aludəliklə" uzunmüddətli mübarizəsinə də toxunub.
Qeyd edək ki, Perrinin 2023-cü ilin dekabrında dərc edilən yarılma nəticələrinə görə, aktyorun keyidici ketamin istifadə etdikdən sonra hovuzda boğularaq öldüyü müəyyən edilib.
Məryəm İlhamqızı