Güclü zəlzələ oldu: Ölənlər var - Bu ölkədə
Dünya
Çinin cənubunda bölgə tarixinin ən güclü zəlzələsi qeydə alınıb.
News24.az xəbər verir ki, 5,2 maqnitudalı yeraltı təkanlar Quansi-Çjuan Muxtar Bölgəsində baş verib.
Zəlzələ zonasından 7 mindən çox insan təxliyə olunub, hadisə yerinə 300-dən artıq xilasedici göndərilib.
İlkin məlumata əsasən, 2 nəfər həyatını itirib, daha bir nəfər isə itkin düşmüş hesab olunur. /Sinxua/