Gəzintiyə çıxmışdı, 900 illik xəzinə tapdı

Gəzintiyə çıxmışdı, 900 illik xəzinə tapdı Dünya

Çexiyanın Kutna Hora bölgəsində gəzinti zamanı bir qadının təsadüfən aşkar etdiyi tarixi tapıntı böyük marağa səbəb olub.

News24.az xəbər verir ki, keramika qabın içərisində 2150-dən çox orta əsrlərə aid gümüş denari sikkəsi tapılıb. Sikkələrin bəzilərinin yaşının təxminən 900 ilə çatdığı bildirilir.

Tapıntıdakı sikkələr ümumilikdə yaxşı vəziyyətdə qorunub saxlanılsa da, keramika qabın bir hissəsinin zədələndiyi məlum olub.

Arxeoloq Filip Velimski bildirib ki, sözügedən xəzinə XII əsrin ilk rübündə, Praqa Knyazlığında ciddi siyasi qeyri-sabitliyin hökm sürdüyü dövrdə gizlədilib. Həmin illərdə Prjemısl sülaləsinin üzvləri arasında taxt-tac uğrunda gərgin mübarizə gedirdi. Mütəxəssisin fikrincə, xəzinənin sahibi də bu qarşıdurmalar zamanı həyatını və ya mülkiyyətini itirmiş ola bilər.

Velimski belə bir tapıntını milli lotereya uduşuna bənzədib və qeyd edib ki, bu qədər çox sikkənin bu dərəcədə yaxşı vəziyyətdə qorunması olduqca nadir haldır.