Ginnes İsraildən rekord müraciətlərini rədd etdi
Dünya
Ginnes Rekordlar Kitabı “siyasi səbəblərə görə” İsraildəki müraciətləri nəzərdən keçirməməyi qərara alıb.
News24.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məsələ böyrək donorluğunu təşviq edən “həyat hədiyyəsi” könüllülər qrupunun 2000 israilli donorun iştirakı ilə Ginnes rekordunu təsdiqlətmək cəhdi ilə bağlıdır. Qrup rüsum ödəyərək bütün donorların bir yerdə fotoşəkil çəkdiyi mərasim təşkil etsə də, Ginnes təqdimatı rədd edib və İsraildən rekord müraciətlərini nəzərdən keçirməyəcəyini bildirib.
Təşkilat rəhbəri Ravvin Raçel Haber qərarı qəbuledilməz adlandırıb. Məsələyə hələ rəsmi münasibət bildirilməyib.