Gözəllik kraliçası qayınanası tərəfindən öldürüldü - Foto

Gözəllik kraliçası qayınanası tərəfindən öldürüldü - Foto Dünya

Meksikanın paytaxtı Mexikoda keçmiş gözəllik kraliçası Karolina Flores Qomes yaşadığı mənzildə başında güllə yarası ilə ölü tapılıb.

News24.az xəbər verir ki, hüquq-mühafizə orqanları qadının qayınanası tərəfindən öldürülə biləcəyi ehtimalını istisna etmir.

Məlumata görə, Qomes aprelin 15-də güllələnib. Polis bildirib ki, hadisə zamanı o, evdə həyat yoldaşı Alehandro Qomes və onun anası Erika Mariya ilə birlikdə olub.

Diqqət çəkən məqamlardan biri qətllə bağlı hüquq-mühafizə orqanlarına məlumatın yalnız bir gün sonra verilməsidir. Bu gecikmə müraciətin səbəbləri ilə bağlı suallar doğurur. (Reporte Indigo)

Gözəllik kraliçası qayınanası tərəfindən öldürüldü - Foto