"Əgər müharibədə məğlub olsaq…" – Zelenskidən şok proqnoz

"Əgər müharibədə məğlub olsaq…" – Zelenskidən şok proqnoz Dünya

Əgər bu müharibədə məğlub olsaq, Rusiyanın tərkibinə çevriləcəyik.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna lideri bunun baş verməyəcəyinə əmin olduğunu vurğulayıb.

“Əgər biz bu müharibədə uduzsaq, sadəcə ölkəmizin müstəqilliyini itirəcəyik. Bu günə qədər onu qoruyub saxlamağa nail olmuşuq. Əgər müstəqilliyimizi itirsək, əgər Rusiyanın bir hissəsinə çevrilsək, bu, tamamilə dəhşətli bir itki olar”, – deyə Zelenski qeyd edib.