Gərginlik artır: ABŞ hərbi gəmisi Eilat limanından ayrıldı
Dünya
ABŞ-nin İrana mümkün hücuma hazırlıq çərçivəsində Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı bir vaxtda, İsrailin cənubundakı Eilat limanında lövbər salmış Amerika hərbi gəmisinin ərazini tərk etdiyi bildirilib.
News24.az xəbər verir ki, ABŞ ordusunun yazılı açıqlamasına görə, Hərbi Dəniz Qüvvələrinə məxsus “Delbert D. Black” raket esminesi bu gün Eilat limanından yola düşüb.
Gəminin yeni marşrutu ilə bağlı hər hansı məlumat açıqlanmayıb.
Məlumata görə, ABŞ hərbi gəmilərinin regionda yerləşdirilməsi İranla mövcud vəziyyəti izləmək və təhlükəsizlik tədbirlərini artırmaq məqsədi daşıyır. ABŞ tərəfi həmçinin bu səfərlərin planlı əməkdaşlıq çərçivəsində baş tutduğunu vurğulayıb.