"GTA VI" oyununu sızdıran hakerə 7 il həbs cəzası verildi

"GTA VI" oyununu sızdıran hakerə 7 il həbs cəzası verildi Dünya

Britaniyada “GTA VI” oyununun görüntülərini internetə sızdıran 21 yaşlı haker Arion Kurtaya 7 il həbs cəzası verilib.

News24.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, Kurtay “Rockstar Games” şirkətinin sistemlərinə qanunsuz daxil olaraq oyunun 90 videosunu ələ keçirib və internetdə yayıb. O, həmçinin oyunun mənbə kodunu paylaşmaqla hədələyib.

Haker 2022-ci ildə baş verən kiberhücumlar zamanı “Rockstar Games”, “Uber” və digər şirkətlərin sistemlərini hədəfə alan "Lapsus$" qrupunun üzvü olub.

Məhkəmə onun psixiatriya xəstəxanasında nəzarət altında saxlanıldığı müddəti nəzərə alaraq cəzanı 9 ildən 7 ilə endirib.