Güclü yağış ölkəni iflic etdi: Ölənlərin sayı 21-ə çatdı
Dünya
Mərakeşdə güclü yağış, daşqın və şiddətli fırtınalar nəticəsində ölənlərin sayı 21-ə çatıb.
News24.az xarici mediaya istinadən xəbər verir ki, fəlakət əsasən Asfi şəhəri və ətraf bölgələrdə ciddi dağıntılara səbəb olub. Sahilyanı ərazilərdə daşqınlar, daxili və dağlıq bölgələrdə isə güclü qar yağışı nəqliyyatın hərəkətini iflic edib, bir sıra yaşayış məntəqələrinə giriş-çıxış müvəqqəti bağlanıb.
Yerli hakimiyyət orqanları itkin düşənlərin axtarışı üçün xilasetmə əməliyyatlarını davam etdirir. Bildirilib ki, zərərçəkənlərə yardım göstərilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə geniş səfərbərlik elan olunub.