"Gülələnməkdən qorxmuram" - Tramp

"Gülələnməkdən qorxmuram" - Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tutduğu vəzifə ilə bağlı riskləri anlayır və güllələnmək qorxusu ilə yaşamır.

News24.az xəbər verir ki, Tramp bunu “Fox News”-a müsahibəsində deyib.

“Bu, təhlükəli peşədir. Onlar yalnız güclü prezidentlərə atəş açır və ya atəş açmağa cəhd edirlər. Mən isə çox güclüyəm. Biz bütün dünyanı dəyişdik, ölkəmizi xilas etdik”, — deyə ABŞ rəhbəri bildirib.

Tramp vurğulayıb ki, ona qarşı həyata keçirilən sui-qəsd cəhdlərindən sonra belə qorxu içində yaşamır.

Qeyd edək ki, 2024-cü ilin iyulunda Tramp Pensilvaniya ştatının Batler şəhərində seçki mitinqi zamanı sağ qulağından güllə yarası alıb

Bu il aprelin 25-də isə Kaliforniya ştatından olan 31 yaşlı şəxs Vaşinqtonda yerləşən oteldə media nümayəndələri üçün təşkil olunmuş şam yeməyi zamanı atəş açıb.

Prezident xəsarət almayıb, hücum edən şəxs isə ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.