Gürcülərin tanklarla Soçiyə girmək planı - Qarşısı necə alındı?
Dünya
Gürcüstan müxalifəti “kollektiv milli hərəkat” Yevgeni Priqojinin “Vaqner” üsyanı halında Abxaziya, Cənubi Osetiya və Soçiyə daxil olmaq niyyətində idi.
News24.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirib.
“Həmin gün biz müxalifəti baş verənləri sakitcə müşahidə etməyə çağırdıq. Lakin radikal müxalifət bizim məsləhətimizə qulaq asmadı. Hamımız xatırlayırıq ki, “kollektiv milli hərəkat” Priqojini necə qarşıladı, ona necə nitqlər və şeirlər həsr etdilər, Priqojinin uğur dalğasında nəinki tanklarla Abxaziya və Tsxinvala girməyi, həm də Soçini tutmağı planlaşdırırdılar”, - Kobaxidze deyib.
O qeyd edib ki, müxalifət bir daha “ikinci cəbhə” açmaq istəyini nümayiş etdirdi: “Əgər onların müvafiq rıçaqları olsaydı, 1990-cı illərin birinci yarısında Gürcüstandan müstəqil olduqlarını elan etmiş hər iki respublikaya tanklarla girəcəkdilər. Həmin vaxt bu ərazilərdə silahlı münaqişələr gedirdi, yeni münaqişədən sonra, 2008-ci ildə Rusiya onların müstəqilliyini tanıdı”.
Kobaxidze vurğulayıb ki, o, hərəkatı “müharibə və xəyanət partiyası” hesab edir. Onun fikrincə, müxalifətçilər kənardan “təlimatlar”la hərəkət ediblər və gürcülər, abxazlar və osetinlər arasında “etimadın bərpasına” müqavimət göstərmək istəyirlər. Siyasətçi vurğulayıb ki, hakim partiya yalnız sülh yolu ilə ölkənin ərazi bütövlüyünü bərpa etməyə çalışacaq.
Akqabay