Gürcüstan sabah Aİ-yə namizəd statusu - ALACAQ?

Gürcüstan sabah Aİ-yə namizəd statusu - ALACAQ? Dünya

Gürcüstan müəyyən şərtlərlə Avropa İttifaqına üzvlüyə namizəd statusu alacaq.

News24.az xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyasının avropalı analitiki Rikard Jozviak deyib.

“Avropa komissarlarının 27 kabinetinin rəhbərləri Aİ-nin genişlənməsi məsələsini müzakirə etmək üçün (noyabrın 6-da) görüşdülər. Danışıqlar noyabrın 7-də davam edəcək, lakin əsas ilkin şərtlər bəllidir. Ukrayna və Moldova Aİ-yə daxil olmaq üzrə danışıqların başlanmasını (çox güman ki, 2024-cü ilin martında) gözləyir və Gürcüstan növbəti mərhələyə keçmək şərtləri ilə namizəd statusu alacaq”, - Jozviak qeyd edib.

Avropa Komissiyasının tövsiyə məktubu noyabrın 8-də dərc olunacaq və yekun qərar bu ilin dekabrında Aİ liderləri tərəfindən qəbul ediləcək. 

Akqabay