Gürcüstan-Türkiyə arasında əməkdaşlıq memorandumu - İMZALANDI

Gürcüstan-Türkiyə arasında əməkdaşlıq memorandumu - İMZALANDI Dünya

Gürcüstan və Türkiyə arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, sazişi iki ölkənin səhiyyə nazirləri Zurab Azaraşvili və Fahrettin Hoca imzalayıblar.

Sənədə əsasən, Gürcüstan və Türkiyə ilkin səhiyyə xidməti, ailə təbabəti sisteminin inkişafı, yoluxucu və qeyri-infeksion xəstəliklərin qarşısının alınması sahəsində, həmçinin - qlobal sağlamlıq təhdidlərinin diaqnostikasının və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində fəal əməkdaşlıq edəcək.

İki ölkə arasında imzalanmış saziş xəstəxana idarəetmə sistemlərinin inkişafı və tətbiqi baxımından da əməkdaşlığı nəzərdə tutur. Bundan əlavə, tərəflər səhiyyənin keyfiyyətinin, akkreditasiya mexanizmlərinin tətbiqi və nəzarəti istiqamətində fəaliyyət göstərəcəklər. Memorandum tibb sənayesi sahəsində strateji əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, sənədlər Türkiyə Dünya Tibb Konqresində Gürcüstan və Türkiyənin səhiyyə nazirləri arasında imzalanıb.

Aynurə