Gürcüstanda 3344 nəfər koronavirusa yoluxdu

Gürcüstanda 3344 nəfər koronavirusa yoluxdu Dünya

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 344 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 447 913, ölənlərin sayı isə 6 084 nəfərə çatıb. Virusa yoluxanlardan 400 616 nəfərin sağaldığı bildirilir. /apa.az