Gürcüstanda ard-arda iki zəlzələ oldu

Gürcüstanda ard-arda iki zəlzələ oldu Dünya

Gürcüstanda təxminən bir saatlıq fasilə ilə iki zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin məlumat yayıb.

Məlumata görə, ilk təkanlar yerli vaxtla saat 04:52-də qeydə alınıb.

Zəlzələnin episentri Axalkalaki şəhərindən 20 kilometr şimal-şərqdə, Bejanо kəndində yerləşib. Təkanların gücü 4,2 maqnitudaya çatıb.

Daha bir zəlzələ saat 05:09-da baş verib.

Zəlzələnin episentri Axalkalaki şəhərindən 18 kilometr şimalda, Alatuman kəndi yaxınlığında olub.

Zəlzələnin gücü 3,0 maqnituda təşkil edib.