Gürcüstanda azərbaycanlı külli miqdarda - HEROİNLƏ TUTULDU

Gürcüstanda azərbaycanlı külli miqdarda - HEROİNLƏ TUTULDU Dünya
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda narkotik vasitələrin qanunsuz əldə olunmasında şühbəli bilinən şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 1981-ci il təvəllüdlü A.K. adlı şəxsin üzərinə baxış zamanı iki bağlamada 60 qram çəkidə heroin müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.(Report)