Hakan Fidan: "Hörmüz boğazı açılmalıdır"
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə keçirdiyi mətbuat konfransında Hörmüz boğazının açılmasının vacib olduğunu bildirib.
News24.az xəbər verir ki, Fidan bildirib ki, bölgədəki vəziyyətlə bağlı tərəflər arasında mütəmadi məsləhətləşmələr aparılır və Türkiyə diplomatik səyləri dəstəkləməyə hazırdır.
Nazir qeyd edib ki, müharibə heç bir problemin həlli deyil və yeni qarşıdurmalar həm regiona, həm də dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Fidan vurğulayıb ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata böyük təzyiq yaradır və bu təsirlər artıq hiss olunur.