Hakan Fidan NATO-nun baş katibi ilə görüşdü

Hakan Fidan NATO-nun baş katibi ilə görüşdü  Dünya

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş zamanı Ukrayna-Rusiya münaqişəsinin sona çatdırılması, Qara Dənizdə təhlükəsizlik məsələləri, 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO Zirvəsinə hazırlıq və Türkiyə Müdafiə Sənayesinin NATO üzvlərinə verdiyi töhfələr müzakirə edilib.