Hakan Fidan: "Türkiyə müdafiəyə hazırdır"

Hakan Fidan: "Türkiyə müdafiəyə hazırdır" Dünya

"Qlobal sabitlik ciddi təhlükə altındadır və Türkiyənin əsas prioriteti hücumların dayandırılması və diplomatik proseslərin yenidən aktivləşdirilməsidir".

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan media qurumlarının Ankara nümayəndələri ilə iftar proqramında görüşü zamanı deyib.

O, İranın Türkiyəyə mümkün hücumu ilə bağlı suala belə cavab verib:

“Türkiyə həmişə özünü müdafiə edəcək, bunun üçün həm iradəmiz, həm də imkanlarımız var”.

Fidan həmçinin İranın ABŞ hərbi bazalarını hədəfə almasının regional təhlükəsizlik risklərini artırdığını, Hörmüz boğazının bağlanmasının isə qlobal enerji və maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb ola biləcəyini qeyd edib. (haberler.com)