Hakerlər maliyyə nazirinin kompüterini sındırdılar
Dünya
Çin hökuməti ilə əlaqəsi olan hakerlər ABŞ-nin maliyyə naziri Canet Yellenin kompüterindəki bəzi fayllara qanunsuz daxil olub.
News24.az report-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hakerlər maliyyə nazirinə məxsus cihazda saxlanılan 50-yə yaxın məxfi sənədlərə giriş əldə ediblər.
Eyni zamanda ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo və nazir müavini vəzifəsini icra edən Bredli Smitin kompüterləri sındırılıb.