HAMAS daha 3 meyiti İsrailə təhvil verdi

HAMAS daha 3 meyiti İsrailə təhvil verdi Dünya

HAMAS hərəkatı İsrailə daha üç girovun cəsədini təhvil verib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Cəsədlər noyabrın 2-də gecə saatlarında Qırmızı Xaç nümayəndələri vasitəsilə İsrailə ekspertizaya göndərilib.

İsrail Müdafiə Ordusu bildirib ki, ekspertiza cəsədlərin kimliyini təsdiqləyib. Hər üç girovun hərbçi olduğu bildirib.

Onlar 2023-cü ildə oktaybrın 7-də İsrailə hücum zamanı həlak olub, cəsədləri isə Qəzzaya aparılıb.

HAMAS atəşkəs sazişi çərçivəsində 20 sağ girovu azad edib və bütün həlak olanların cəsədlərini təhvil verəcəyini vəd edib. Buna baxmayaraq, hələ də səkkiz nəfərin cəsədi təhvil verilməyib.

Öz növbəsində, İsrail həbsxanalardan təxminən iki min məhbusu azad edib, həmçinin 360 Fələstin döyüşçüsünün cəsədini təhvil verib.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs 10 oktyabrda qüvvəyə minib.

Tərəflər isə mütəmadi olaraq bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.