Hava nəqliyyatında yeni dövr? – Çin ilkə imza atdı
Dünya
Çində dünyanın ən böyük pilotsuz konvertoplanı “Lanying R6000” hazırlanıb və aparat artıq uğurlu sınaq uçuşu həyata keçirib.
News24.az xəbər verir ki, “China Science” nəşrinin yazdığına görə, konvertoplanın çəkisi 6 tondur.
Aparata 6-12 sərnişin daşımaq imkanına malikdir və 4000 kilometrədək məsafəni qət edə bilir. Maksimal sürəti saatda 550 kilometr təşkil edir.
Pilotsuz uçuş aparatının maksimal yükü 2 ton, uçuş hündürlüyü isə 7600 metrədək çata bilir.