Həbsdə olan məşhur reper azadlığa çıxa bilər - Bu şərtlə

Həbsdə olan məşhur reper azadlığa çıxa bilər - Bu şərtlə Dünya

P. Diddy kimi tanınan məşhur reper Şon Kombs vaxtından əvvəl azadlığa çıxa bilər.

News24.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Reper 2028-ci il mayın 8-də Bruklindəki həbsxanadan azad olunmalıdır, lakin bu tarix dəyişə bilər.

Reperin vəkili tərəfindən təqdim edilmiş vəsatət təmin olunsa, P. Diddy narkotik asılılığından müalicə üçün xüsusi proqramda iştirak etməklə cəza müddətini 12 ay azalda bilər. Məlumata görə, proqramın kursu 9–12 ay davam edir.

Qeyd edək ki, P. Diddy cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilinərək 4 il 2 ay həbs cəzasına məhkum edilib. Oktyabrın əvvəlində reper Donald Trampa müraciət edərək əfv istəmişdi.