Helikopter qəzasında ölənlərin cəsədləri - tapıldı

Helikopter qəzasında ölənlərin cəsədləri - tapıldı Dünya
Dalğıclar ABŞ-ın Alyaska ştatında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 4 nəfərin cəsədini göldən çıxarıblar.

News24.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, 1996-cı il istehsalı olan Bell 206 helikopteri ötən cümə axşamı gölə düşüb. Hadisə nəticəsində pilot və üç şəxs həlak olub.

Qəzanın səbəbləri Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.