Helikopter qəzaya uğradı, azı üç nəfər öldü
Dünya
Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə paytaxtın İctimai Təhlükəsizlik Katibliyinin sədri Pablo Vaskes Kamaço məlumat yayıb.
“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - Kamaço qeyd edib.
Onun sözlərinə görə, hadisə Mexikonun Koyoakan yaşayış məntəqəsində baş verib.