Helikoptet qəzaya uğradı: ölənlər var - Bu ölkədə
Dünya
Filippində helikopter qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.
Məlumata görə, paytaxt Maniladan havaya qalxaraq Quezon əyaləti istiqamətində hərəkət edən, Bell Textron şirkətinin istehsalı olan Bell 505 tipli helikopter səhər saat 07:30 radələrində qəzaya uğrayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, göyərtədə olan şəxslərdən biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib. Qəzadan sağ çıxan üç nəfərdən biri pilotdur. Onun vəziyyətinin ağır, lakin stabil və huşunun yerində olduğu bildirilir. Digər yaralılar da xəstəxanada müalicə alırlar.