HƏMAS daha bir girovun meyitini təhvil verdi

HƏMAS daha bir girovun meyitini təhvil verdi Dünya

HƏMAS Qəzza zolağında qalan son iki ölü girovdan birinin meyitini təhvil verib.

News24.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb.

Meyit şəxsiyyətinin müəyyənləşdirilməsi üçün İsrailə aparılacaq.

Qeyd edək ki, Qəzzada qaldığı deyilən son iki meyit İsrail polis əməkdaşı və Tailand vətəndaşına aiddir.