Həmin ailənin ölüm səbəbi bu imiş – ekspertiza rəyi açıqlandı
Dünya
İstanbulda Böcek ailəsinin ölüm səbəbi ilə bağlı aparılan geniş araşdırma başa çatıb və Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.
News24.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, ekspertiza materiallarında ailə üzvlərinin fosfin qazının təsirindən həyatını itirdiyi göstərilib. Bildirilir ki, bu qaz “alüminium fosfit” adlı maddənin istifadə olunduğu zaman ayrılır və aparılan araşdırmalar həmin kimyəvi maddənin hotelin dezinfeksiya prosesində tətbiq edildiyini ortaya çıxarıb.
Qeyd edək ki, Almaniyadan Türkiyəyə gələn Böcek ailəsi noyabrın 12-də Fatih rayonundakı hoteldən təcili olaraq xəstəxanaya aparılmışdı. İlk olaraq ana və iki övlad, daha sonra isə ata – Servet Böcek – həyatını itirib.
Bundan başqa, həmin gün eyni hoteldə qalan iki başqa turist də oxşar zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerlşdirilib, üçüncü bir şəxs isə müşahidə altında saxlanılıb. Hadisədən sonra polis hotelin fəaliyyətini dayandırılıb.