Hər kəs Netanyahunun bu görüntülərindən danışır - Video

Hər kəs Netanyahunun bu görüntülərindən danışır - Video Dünya

İsrailin baş naziri Benyamin Netanyahunun ölməsi ilə bağlı iddialar sosial mediada geniş yayılmağa davam etsə də, bəzi məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və daha çox dezinformasiya xarakteri daşıyıb.

News24.az xəbər verir ki, iddiaların əsasını təşkil edən ilk görüntülərin süni intellekt vasitəsilə hazırlandığı üzə çıxıb. Videodakı qeyri-real detallar və texniki uyğunsuzluqlar onun saxta olduğunu göstərib.

Daha sonra Netanyahunun rəsmi hesabında yayımlanan yeni video isə mübahisələri dayandırmaq əvəzinə artırıb. Sosial media istifadəçiləri videoda onun əlindəki üzüyün bəzi kadrlarda yoxa çıxıb, yenidən görünməsini şübhəli hesab ediblər.

Bu isə görüntülərin montaj və ya süni intellektlə işlənmiş ola biləcəyi ehtimallarını gündəmə gətirib.