Hərbi bazaya hücum oldu, - 25 əsgər həyatını itirdi

Hərbi bazaya hücum oldu, - 25 əsgər həyatını itirdi Dünya
Somalidə hərbi təlim bazasına edilən hücumda 25 əsgər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 60-a yaxın əsgər yaralanıb.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.