"Ermənistanda hərbi baza yaratmalıyıq" - Ərdoğanın Naxçıvana səfəri Hindistanı niyə narahat edir?

"Ermənistanda hərbi baza yaratmalıyıq" - Ərdoğanın Naxçıvana səfəri Hindistanı niyə narahat edir? Dünya

“Ermənistandakı Hindistan hərbi hava bazası haqqında düşünməyin vaxtıdır”. 

News24.az “News.am”a istinadla xəbər verir ki, bu barədə “Hindistan-Ermənistan Dostluğu” QHT-nin prezidenti Ranancay Anand özünün X mikrobloqunda yazıb.

Anand Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərindən də danışıb. O, Ərdoğanın səfərini Zəngəzur dəhlizinin açılması üçün məcburetmə adlandırıb. 

Türkiyə liderini ittiham edən QHT prezidenti bildirib ki, bu, Hindistan üçün yaxşı xəbər deyil: 

“Çünki o, Kəşmirin qapılarına qədər pantürkistan yolunu aktivləşdirməyi hədəfləyir. Ermənistandakı Hindistan hərbi/hava bazası haqqında düşünməyin vaxtıdır”. 

Ayşən