Hindistanda güclü yağış və fırtına: 90 nəfər öldü
Dünya
Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına insan tələfatına səbəb olub.
News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, güclü külək və toz fırtınası nəticəsində azı 90 nəfər həyatını itirib.
Ştatın bir sıra bölgələrində müşahidə olunan əlverişsiz hava şəraiti elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində ciddi çətinliklərə yol açıb. Güclü külək nəticəsində çoxsaylı ağaclar və elektrik dirəkləri aşıb, evlərə və avtomobillərə ziyan dəyib.
Hazırda bölgədə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.