Hindistanda həkimlər üsyan qaldırdılar
Dünya
Ötən həftə dövlət xəstəxanasında baş verən hadisədə 31 yaşlı təcrübəçi həkimə hücum edilib.
News24.az xəbər verir ki, onun cansız bədəni dincəlmək üçün getdiyi seminar otağında tapılıb və üzərində çoxlu yaralar olub.
Ekspertiza onun cinsi təcavüzə məruz qaldığını və öldürüldüyünü müəyyən edib. Hindistan polisi xəstəxanada könüllü olaraq xidmət edən şübhəlini saxlayıb, lakin xəstəxana rəhbərliyinin dəlilləri gizlətməyə çalışdığı iddia edilib.
Hadisə səhiyyə işçilərinin hiddətinə səbəb olub. Kəlkətədə ədalət və təhlükəsizliyin artırılması tələbi ilə nümayişlər keçirilib. Etirazlar tezliklə digər bölgələrə də yayılıb.
Məryəm İlhamqızı