Hindistanda istidən 98 nəfər öldü

Hindistanda istidən 98 nəfər öldü Dünya
Hindistanda həddindən artıq istilər 98 nəfərin həyatına son qoyub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar Pradeşin şimalında və şərqdəki Bihar əyalətində baş verib.

Ölüm hallarının artmasından sonra səlahiyyətlilər 60 yaşdan yuxarı insanlara evdən çıxmamaq barədə xəbərdarlıq edib. 

Vəziyyətin ciddiliyi ilə əlaqədar tibb işçilərinin icazələri ləğv edilib və xəstəxanalara əlavə çarpayılar göndərilib.

Qeyd edək ki, bazar günü bölgədə havanın temperaturu 43 dərəcəyə çatıb.

Qumral