"Hizbullah" İsrail ilə müharibənin davam edəcəyini elan etdi

"Hizbullah" İsrail ilə müharibənin davam edəcəyini elan etdi Dünya

"Hizbullah" hərəkatı Livan hökumətinin mövqeyinə baxmayaraq, İsraillə müharibəsini davam etdirəcək.

News24.az xəbər verir ki, bu barədə hərəkatın lideri Naim Qasem video mesajında bildirib.

"Müqavimət son nəfəsimizə qədər davam edəcək. Birlikdə ölkəni müdafiə edəcəyik, suverenliyini bərpa edərək işğalçını qovacağıq".

Onun sözlərinə görə, İsrail ordusu Livandakı quru əməliyyatlarda məqsədlərinə çata bilməyib. O qeyd edib ki, 40 gün ərzində davam edən döyüşlərdə İsrail öz ərazisinə raket və pilotsuz təyyarə hücumlarının qarşısını ala bilməyib. (Teleqraf)