"Hizbullah"a ağır itki

"Hizbullah"a ağır itki Dünya

Ötən gün Beyrut şəhərində "Hizbullah" lideri Naim Qasemin həm katibi, həm də qardaşı oğlu olan Əli Yusif Harşi zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi məlumat yayıb. Bildirilib ki, Harşi Naim Qasemin ofisinin idarə olunmasında və onun şəxsi təhlükəsizliyinin təmin edilməsində əsas simalardan biri olub.

"Gecə saatlarında "Hizbullah" komandirlərinin minlərlə silah, raket və buraxılış qurğusunu daşımaq üçün Livandakı Litani çayı boyunca şimaldan cənuba hərəkət etmək məqsədilə istifadə etdikləri iki əsas keçid məntəqəsinə zərbələr endirilib. Bundan əlavə "Hizbullah" təşkilatının Livanın cənubunda istifadə etdiyi təxminən, 10 silah anbarı, buraxılış qurğusu və komanda mərkəzinə zərbələr endirilib", - deyə İsrail ordusunun məlumatında qeyd edilib.