Hollivud nəhəngləri qarşı-qarşıya: "Paramount" elə bir təklif etdi ki…
Dünya
“Paramount” şirkəti “Warner Bros. Discovery”ni almaq üçün qarşı təklif irəli sürüb. Təklifin məbləği 108,4 milyard dollar təşkil edir.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu addım media sənayesində böyük səs-küy yaradıb və Hollywood-un nəhəng şirkətləri arasındakı rəqabəti daha da qızışdırıb.
“Paramount”un təqdim etdiyi bu rekord məbləğ “Warner Bros.”un gələcəkdəki taleyinə birbaşa təsir göstərə bilər. Təklif həm investorların, həm də sənaye ekspertlərinin diqqətini çəkib. Analitiklər qeyd edir ki, bu addım şirkətlər arasında potensial birləşmənin və ya böyük media birləşməsinin başlanğıcı ola bilər.
Qeyd edək ki, 108,4 milyard dollar məbləği Hollivudun tarixində mediabirləşmələri üzrə ən böyük təkliflərdən biri sayılır.
Media analitikləri “Paramount”un bu hərəkətini “strateji oyun” adlandırır, çünki bu təklif həm şirkətin mövqeyini gücləndirir, həm də rəqibləri təzyiq altında qoyur.