"Honkonq" Rusiyada can aldı: virus sürətlə yayılır

"Honkonq" Rusiyada can aldı: virus sürətlə yayılır Dünya

Rusiyada “Honkonq” qripinin yayılması ilə bağlı narahatlıq artır. Artıq ölkənin 17 regionunda, xüsusilə Uzaq Şərq, Sibir və Ural bölgələrində xəstəlik kütləvi şəkildə qeydə alınıb.

News24.az xəbər verir ki, Dağıstanda iki nəfər bu virusdan həyatını itirib. Məlumata görə, ölənlər virusa qarşı peyvənd olunmayıb.

Ümumilikdə regionda 61 yoluxma faktı təsdiqlənib.

Qeyd edək ki, “Honkonq” qrupu yüksək hərahət, titrəmə, bədəndə və boğazda ağrılar, eləcə d başağrısı, diareya və öskürəklə özünü göstərir.

Həkimlər sakinlərə diqqətli olmağı, kütləvi yerlərdən uzaq durmağı və maska taxmağı tövsiyə edib.