Honq-Konqda yanğında ölənlərin sayı artdı
Dünya
Honq-Konqun Tai Po rayonunda səkkiz mənzilin yerləşdiyi ərazidə baş vermiş genişmiqyaslı yanğında ölənlərin sayı 159-a çatıb.
News24.az xəbər verir ki, polis axtarışların başa çatdığını, 31 nəfərin isə hələ də itkin olduğunu bildirib.
Kimliyi müəyyən edilən 140 nəfərdən 91-i qadın, 49-u isə kişidir. Yanğının səbəbi ilə bağlı araşdırmalar davam edir.