Hostelə silahlı hücum oldu, 11 nəfər öldürüldü

Hostelə silahlı hücum oldu, 11 nəfər öldürüldü Dünya

Cənubi Afrikanın Pretoriya şəhərində baş verən kütləvi atışma nəticəsində azı 11 nəfər həlak olub. Ölənlər arasında 3 yaşlı uşaq, 12 yaşlı oğlan və 16 yaşlı qız da var. Daha 14 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, azı üç silahlı şəxs hostelə daxil olaraq orada içki içən insanlara atəş açıblar.

İddia olunur ki, həmin obyekt qeyri-qanuni fəaliyyət göstərən içki obyekti imiş. Şəhər Polis İdarəsindan bildirilib ki, kütləvi atışmaların çoxu məhz bu cür yerlərdə baş verir.

Qeyd edək ki, Cənubi Afrika dünyada ən yüksək qətl statistikasına malik ölkələrdən biridir. Təkcə bu ilin aprel–sentyabr ayları arasında ölkədə gündə orta hesabla 63 nəfər öldürülüb.