Hörmüz boğazı ilə bağlı yeni plan: ABŞ naziri açıqladı
Dünya
ABŞ Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün beynəlxalq koalisiya yarada bilər.
News24.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent açıqlayıb.
"İnanıram ki, ABŞ Hərbi Dəniz Qüvvələri, bəlkə də beynəlxalq koalisiya ilə birlikdə, hərbi cəhətdən mümkün olan kimi gəmiləri müşayiət etməyə başlayacaq", - o bildirib.
Bessent İranın Hörmüz boğazını minaladığı barədə məlumatları da təkzib edib.
"Əslində, hazırda tankerlər oradan keçir. İnanıram ki, İran tankerləri və Çin bayrağı altında üzən bir neçə tanker oradan keçib. Buna görə də bilirik ki, onlar boğazları minalamayıblar", - nazir əlavə edib. (APA)