Hörmüz boğazında rüsum etirazları: ABŞ şirkətləri İranın tələblərinə qarşı çıxdı

Hörmüz boğazında rüsum etirazları: ABŞ şirkətləri İranın tələblərinə qarşı çıxdı Dünya

ABŞ-nin neft şirkətləri Hörmüz boğazından keçid üçün nəzərdə tutulan ödənişlərin tətbiqinə kəskin etiraz bildiriblər.

News24.az xəbər verir ki, şirkətlər İranın bu tələbinə güzəştə getməyin hər bir tədarükün maya dəyərini 2,5 milyon dollar artıracağını bəyan ediblər. Qeyd olunub ki, bu artım həm yol rüsumları, həm də yüksək sığorta tarifləri şəklində özünü büruzə verəcək ki, bu da son nəticədə istehlakçılar üçün əlavə maliyyə yükü yaradacaq.

Bundan başqa, neft şirkətləri xəbərdarlıq ediblər ki, boğaza nəzarətin bu formada İrana verilməsi beynəlxalq təcrübədə mənfi presedent yarada bilər. Bu halın gələcəkdə Sinqapur və Türkiyə daxil olmaqla, digər strateji su yollarına malik ölkələr üçün də nümunə olacağı ehtimal edilir. Hazırda ABŞ şirkətləri bu addımın qlobal ticarət və enerji təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayırlar. /Politico