Hörmüzdən yalnız onlar keçə bilər – İran siyahını açıqladı
Dünya
İran Hörmüz boğazından yalnız dost ölkələrin gəmilərinin keçidinə icazə verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, bu ölkələr sırasında Rusiya, Hindistan, İraq, Çin və Pakistan yer alır.
“Biz dost hesab etdiyimiz ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə vermişik. Rəqiblərimizin bu marşrutdan istifadə etməsinə isə ehtiyac görmürük”, – deyə nazir bildirib. (APA)