Hücuma hazırlaşan 6 terrorçu - zərərsizləşdirildi

Hücuma hazırlaşan 6 terrorçu - zərərsizləşdirildi Dünya

Suriyanın şimalında hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

News24.az  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlarını davam etdirir. “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgələrində hücuma hazırlaşan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, - məlumatda deyilir.

Ayşən