İki ölkə arasında atəşkəs sazişi imzalandı

İki ölkə arasında atəşkəs sazişi imzalandı Dünya

Tailand və Kamboca sərhəddə təxminən 20 gün davam edən gərgin toqquşmalardan sonra atəşkəsin bərpası barədə razılığa gəlib.

News24.az xəbər verir ki, tərəflərin müdafiə nazirləri Natthaphon Nakphanit və Tea Seyxa dekabrın 27-dən qüvvəyə minəcək atəşkəs rejimini nəzərdə tutan birgə sənədi imzalayıblar. Razılaşmaya əsasən, ilkin atəşkəs 72 saat davam edəcək.

Atəşkəsin uzadılması məsələsi Taylandın Milli Təhlükəsizlik Şurasının qərarından asılı olacaq.

Qeyd edək ki, iki ölkə arasında qarşıdurmalar dekabrın 8-də yenidən alovlanıb, dekabrın 24-də isə atəşkəsin bərpası üçün danışıqlara start verilib.