İki təyyarə havada toqquşmaqdan son anda yayındı
Dünya
Karib dənizində Kürasao adasından Nyu-Yorkdakı JFK hava limanına uçan "JetBlue" aviaşirkətinə məxsus 1112 saylı reys havada ciddi təhlükə ilə üzləşib.
News24.az xəbər verir ki, təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq dolduran hərbi təyyarə ilə toqquşmaqdan son anda yayınaraq təcili manevr edib.
Hava hərəkətinə nəzarət qeydlərinə görə, hərbi təyyarə "JetBlue" reysinin uçuş marşrutunu kəsib. Bildirilir ki, transponderlərin söndürülü olması səbəbindən hərbi təyyarə mülki radar sistemlərində görünməyib.
ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.