İlbər Ortaylı bu məşhurların uyuduğu qəbiristanlıqda dəfn olunacaq

İlbər Ortaylı bu məşhurların uyuduğu qəbiristanlıqda dəfn olunacaq Dünya

Ötən gün vəfat edən tanınmış türk tarixçisi İlbər Ortaylının dəfn olunacağı yer açıqlanıb.

News24.az xəbər verir ki, alim “Fatih Camisi Haziresi” qəbiristanlığında torpağa tapşırılacaq.

İstanbulun ən məşhur tarixi məkanlarından biri hesab olunan bu yerdə Osmanlı tarixinin bir çox görkəmli simaları dəfn olunub.

Burada yatan şəxslər arasında Osmanlı sultanı Fateh Sultan Mehmet, Plevna qəhrəmanı Qazi Osman Paşa, Tanzimat dövrünün tanınmış şairlərindən olan Abdülhak Hamid Tarhan, Osmanlı dövlət xadimi və sədrəzəm Keçecizade Fuad Paşa, “Divanü Lüğat-it-Türk” əsərinin tapılmasında mühüm rol oynamış tarixçi və kitab kolleksiyaçısı Ali Emiri Əfəndi, “Məcəllə”nin hazırlanmasında iştirak etmiş böyük tarixçi Əhməd Cevdət Paşa, Qanuni dövrünün şeyxülislamı Zəmbilli Əli Əfəndi kimi məşhur şəxsiyyətlər də var.

Məlumata görə, İlbər Ortaylı sağlığında vəsiyyət edərək təmtəraqlı dəfn mərasimi istəmədiyini bildirib. Tarixçinin öz dəfn mərasiminin sadə keçirilməsini vəsiyyət etdiyi qeyd olunur.

Qeyd edək ki, İlbər Ortaylı Topqapı Sarayının müdiri olduğu illərdə yalnız adi ziyarətçilərə deyil, dünya siyasəti və mədəniyyətinə yön verən bir çox nüfuzlu şəxslərə də bələdçilik edib. O, Osmanlı tarixini və sarayın zəngin irsini yüksək səviyyəli qonaqlara özünəməxsus üslubla təqdim edib.

Onun bələdçiliyi ilə İngiltərə kralıçasl II Elizabet, Niderland kraliçası Beatrix, İsveç kraliçası Silvia və İspnaiya kraliçası Sofia kimi krallıq ailələrinin üzvləri Topqapı Sarayının tarixini dinləyiblər.

Eyni zamanda, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və İordaniya kralı Abdullah II Jordan kimi tanınmış dövlət xadimləri də onun izahı ilə Osmanlı imperiyasının möhtəşəm tarixini və sarayın zəngin irsini yaxından tanımaq imkanı əldə ediblər.